İordaniya hökuməti sərhədə qoşun yeritdi

media-hightechnic-468x90

img1743045İordaniya hökuməti İraqla sərhədə qoşun yeridib.

Yenicag.az xəbər verir ki, bu barədə NBC News telekanalı İordaniya hökumətindəki mənbəsinə istiandən xəbər yayıb.

Xəbərdə bildirilir ki, İraqla sərhədə minlərlə əsgər yerləşdirilib. Qoşunun sərhədə cəmlənməsində məqsəd İŞİD-in İordaniyaya edə biləcəyi hücumun qarşısını almaqdan ibarətdir.

Məsələ ilə bağlı İordaniya hökuməti hələlik rəsmi açıqlama verməyib.

Xatırladaq ki, iordaniyalı pilotun yandırılması görüntüləri bir neçə gün öncə yayılıb. Bu görüntülərdən sonra İordaniya kralı İŞİD-la mübarizədə səylərini daha da gücləndirib və koalisiya qüvvələri tərəfindən terrorçuların sığınacaqları güclü bombardımana məruz qalıb.

(müsavat.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600