“iOS 8″in son yeniləməsi dayandırılıb

media-hightechnic-468x90

79137“Apple” korporasiyası yeni əməliyyat sisteminin quraşdırılmasından sonra mobil qurğularda yaranan problemlə bağlı istehlakçıların narazılığını nəzərə alaraq “iOS 8” platformasının son yeniləməsini müvəqqəti dayandırıb.

Son yeniləmədən sonra istehlakçılar müxtəlif problemlərdən (mobil rabitənin işindəki nasazlıqlar, tətbiqlərin işləmə sürətinin aşağı olması və s) şikayətləniblər.

“Apple” nümayəndəsi bildirib ki, bu şikayətləri araşdırır və hələ ki “iOS 8.0.1” yeniləməsini müvəqqəti dayandırır.

Qeyd edək ki, “iOS 8” əməliyyat sistemi bir həftə əvvəl buraxılıb.

Eyni zamanda, “Apple” sentyabrın əvvəlində yeni qurğularını (“iPhone 6” və “iPhone 6s”), həmçinin “iWatch” smart saatını, şəxsi ödəmə sistemini təqdim edib. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600