iPhone isteriyası davam edir

media-hightechnic-468x90

296696ABŞ-ın Apple korporasiyasının istehsalı olan iPhone 6 və iPhone 6 Plus smartfonları dünən satışa çıxarılıb.

Dünən dünyanın bir sıra ölkələrində yeni iPhone almaq istəyənlər Apple dükanlarının qarşısında çox böyük növbələr tutublar. Bu adamlar arasında minlərlə “bəxtəvər” istəyinə çatıb.

Londonun Kovet-Qarden küçəsindəki Apple dükanının qarşısında on minlərlə insan növbəyə durmuşdu.

Onların əksəriyyəti smartfonu alandan sonra Çində satmaq niyyətindədir.

Çində Apple-in yeni məhsullarının lisenziyalaşdırılması prosesi uzandığından iPhone 6 smartfonları “qara bazar”da 3600 dollara satılır.

Londonla bahəm, dünən Nyu-Yorkun Soho səmtində də Apple dükanının qarşısında izdihamdı.

Potensial alıcılar çox olduğundan hər kəsə, sadəcə, 2 telefon almağa icazə verilmişdi.

Britaniyada 16 qeqabayt yaddaşlı iPhone 6 539 funt-sterlinqə, 128 qeqabayt yaddaşlı iPhone 6 Plus smartfonu isə 699 funta satılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600