Ümid partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılı itkin düşüb.
R.Hacılının həyat yoldaşı, yazıçı-jurnalist Aysel Əlizadə Lent.az-a bildirib ki, onunla əlaqə dünən axşam saatlarından kəsilib: “Biz gecə saatlarında polisə məlumat vermişik. Ondan hələ ki, bir xəbər yoxdur”.
Ümid Partiyasının sədri İqbal Ağazafə isə açıqlamasında bildirib ki, Ramin Hacılı namizədliyini geri götürməyib: “Gəldiyim qənaət budur ki, son hadisənin siyasətə və Ramin Hacılının namizədliyinə heç bir aidiyyatı yoxdur”.
***
Ümid Partiyasının sədr müavini Ramin Hacılının yeri müəyyənləşib.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, R. Hacılının şəxsi problemləri ilə əlaqədar Gürcüstana getdiyi məlum olub və onun axtarışına xitam verilib.
R. Hacılının həyat yoldaşı, yazar Aysel Əlizadə də açıqlamasında onun tapıldığını təsdiqləyib: “Ramin biraz əvvəl mənə zəng etmişdi. Azərbaycanı tərk etdiyini, problemlərini həll edəndən sonra qayıdacağını bildirdi. Artıq onun axtarışının dayandırılması ilə bağlı polisə məlumat vermişəm”.
Yenicag.az
www.yenicag.az