!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtisadi tənəzzül riski supergücləri hərəkətə keçirdi

!Reklam – Yazi

ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələn ay keçiriləcək iclasında uçot dərəcəsi artımı ilə bağlı qərarı narahatlıqları artırmaqdadır.

Yenicag.az “Haberglobal”a istinadən bildirir ki, ötən gün ABŞ-də sənaye istehsalı fəaliyyətinin indeksi olan Sənaye Satınalma Menecerləri İndeksi (PMI) iqtisadi aktivliyin daralmasının davam etdiyini açıqlayıb.

İnflyasiyanın qarşısını almaq üçün gözləniləndən daha aqressiv faiz artımlarına ehtiyac olduğunu vurğulayan ABŞ Mərkəzi Bankının Minneapolis şöbəsinin sədri Nil Kaşkari gələn ilin sonuna qədər siyasət faizinin 2 bənd daha artırılmasının lazım olduğunu bildirib. Hazırda pul bazarı qiymətləri ilə bağlı FED-in sentyabr iclasında faiz dərəcələrini 50 və 75 bənd artıracağına dair gözləntilər yüzdə 50 ilə bərabərləşib.

Asiya tərəfində tədarük zəncirində problemlər yaradan elektrik enerjisinin kəsilməsi isə iqtisadiyyatlarla bağlı narahatlıqları artırıb. Bu vəziyyət qarşısında Çin səlahiyyətliləri günəş enerjisinə sərmayələri təşviq etmək üçün hərəkətə keçib. Yaponiyanın da yeni nəsil atom elektrik stansiyalarının inkişafı və tikintisinə çağırış etməyi planlaşdırdığı bildirilir.

Gülşən

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv