İradə həyat yoldaşının FOTOSUNU paylaşdı: “30 yaşdan sonra…”

“Mənim eşq anlayışım bir dənədir”.

Yenicag.az xəbər verir ki, ailə qurub Türkiyəyə köçən müğənni İradə İbrahimova sevgi barədə fikirlərini izhar edib.

Həyat qoldaşı ilə fotosunu paylaşan İradə illər sonra gəldiyi qənaəti açıqlayıb:

“İnsan əsas məsələnin heç bir zaman eşq olmadığını 30 yaşından sonra başa düşür. Əsl məsələnin dostluq, inanmaq, güvənmək, yol, həyat yoldaşlığı olduğunu, yanınızda sizinlə bərabər addımlamaq istəyənin olduğunu öyrənir. Yəni siz çarə axtardığınızda, O bəhanə axtarmayacaq. Mənim isə eşq anlayışım bir dənədir-Yaradan. Yerdə qalan hər şeyə sevgi, məhəbbət hissim nə varsa, yenə Ona görədir. Yəni, doğru bir dənədir və yerinə təzə heç nə gəlməz”.

Qeyd edək ki, cütlüyün iki övladı var; bir qız, bir oğlan.

Cəvahir