!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın yaratdığı "İşçi qrup"un göstərəcəyi FƏALİYYƏT: "Senzuradan söhbət gedə bilməz" - ŞƏRH

!Reklam – Yazi

“İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın mətbuatda atmosferi idarə etmək fikri öz işini işıqlandırmaq anlamına gəlir”.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Tehran və Bakı arasındakı münasibətlərin müsbət atmosferdə irəlilədiyini və yeni yaradılan müştərək komitənin iki ölkədə ictimai rəyi və KİV-lərdəki atmosferi idarə etmək üçün fəaliyyət göstərəcəyi fikrinə münasibət bildirən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Yenicag.az-a açıqlamasında deyib.

Tofiq Zülfüqarov bildirib ki, burada senzuradan söhbət gedə bilməz:

“Hesab edirəm ki, burada tərcümə problemi var. Beynəlxalq təcrübədə iki ölkə arasında işçi qrupu yaradılır. İşçi qrupun tərkibində və ya digər qurumların nümayəndələri ardıcıl şəkildə danışıqlar apararkən mövzuları, problemləri həll edirlər.

KİV-lərdəki atmosferin idarə olunması məsələsi ilə bağlı onu deyə bilərik ki, onların qənaətinə görə, media iki ölkə arasındakı münasibətlərin gərginləşməsi fonunda ictimaiyyətdə neqativ fikirlər formalaşdırıb. Bununla əlaqədar olaraq, bu işçi qrup öz işini mətbuatda lazımı şəkildə işıqlandıracaq. Yəni işçi qrupun fəaliyyəti mətbuatda yayılacaq və düşünürlər ki, bununla da ictimai rəyə təsir edəcəklər.

Hansısa senzuradan söhbət gedə bilməz. Konstitusiyamızda belə bir şey yoxdur. İnanmıram ki, belə bir şey İranda da olsun. Adətən görülən işlərin lazımı şəkildə ictimayətə çatdırılmasına çalışılır. Düşünürəm ki, bu açıqlamada da məhz bu nəzərdə tutulub”.

Səxavət Məmməd

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv