!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran bu iddiaları təkzib etdi – Səfir peycer partlayışında yaralanmışdı

!Reklam – Yazi

Ötən gün “Hizbullah” üzvlərinin istifadə etdiyi peycerlərin eyni vaxtda partladığı və İranın Livandakı səfiri Müctəba Əmaninin yaralandığı açıqlanıb. Tehran Əmaninin görmə qabiliyyətini itirməsi ilə bağlı iddialardan sonra açıqlama verib.

Yenicag.az xəbər verir ki, İran peycer partlayışı nəticəsində yaralanan Livandakı səfir Müctəba Əmaninin gözlərini itirməsi ilə bağlı iddiaları təkzib edib.

Bu barədə İranın Beyrutdakı səfirliyinin sosial media hesabından yazılı açıqlama verilib.

Açıqlamada Əmaninin səhhətinin getdikcə yaxşılaşdığı, səfirin görmə vəziyyəti ilə bağlı mətbuatda gedən xəbərlərin həqiqətə uyğun olmadığı bildirilib.

İranlı diplomatın həyat yoldaşı Nərgis Qadirian sosial media hesabındakı paylaşımda ərinin peycer partlaması nəticəsində yüngül xəsarət aldığını açıqlayıb.

Sosial mediada yayılan bəzi xəbərlərdə İranın Beyrutdakı səfiri Əmaninin görmə qabiliyyətini itirdiyi iddia edilib.

Xatırladaq ki, Livanda “Hizbullah” ünsürlərinin istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar baş verib.

Livanın Səhiyyə Nazirliyi “Hizbullah” ünsürlərinin ölkə daxilində istifadə etdiyi peycerlərin partlaması nəticəsində biri uşaq olmaqla 9 nəfərin həyatını itirdiyini, təxminən 200-ü ağır olmaqla 2800 nəfərin yaralandığını açıqlayıb.

Livan rəsmiləri hadisəyə görə İsrailin məsuliyyət daşıdığını bildirsə də, İsrail tərəfi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

İsrail-Livan sərhədində 2023-cü il oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda son günlər gərginliyin artdığı müşahidə edilib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv