"İran cəbhəsi sadəcə başlanğıcdır" – ABŞ və Çin böyük müharibəyə hazırlaşır

media-hightechnic-468x90

“ABŞ-İran müharibəsi əslində Vaşinqtonla Pekin arasında gözlənilən böyük qarşıdurmanın hazırlıq mərhələsidir”.

media-banner_tuq

Bu iddia ilə Yenicag.az-a açıqlamasında politoloq Elşad Həsənov çıxış edib.

Politoloq Çinin İrana verdiyi açıq və gizli dəstəyin pərdəarxası məqamlarını belə izah edib:

“Müharibənin başlanğıcından bəri Çin İrana həm siyasi, həm də hərbi müstəvidə ciddi dəstək nümayiş etdirir. Müxtəlif hərbi sursatlar və döyüş vasitələri gizli yollarla İrana ötürülürdü. Rəsmi Pekin bunu təkzib etsə də, dünya mediası bu faktları geniş şəkildə işıqlandırdı. Buradakı əsas məqsəd ABŞ-nin milli təhlükəsizlik konsepsiyasında Çinin ‘bir nömrəli düşmən’ kimi qeyd olunmasıdır.

Son illərdə Çin iqtisadiyyatı o dərəcədə inkişaf edib ki, müəyyən strateji sahələrdə Amerikanı geridə qoymağı bacarıblar. Artıq Çinin Tayvan məsələsi üzərindən ABŞ ilə birbaşa müharibəyə girəcəyi proqnozlaşdırılır. Məhz buna görə də Tramp, Rusiya-Ukrayna müharibəsi fonunda Putinlə fərqli formalarda yaxınlaşmağa çalışırdı. Məqsəd Çinlə mümkün müharibədə Rusiyanın ya Amerikanı müdafiə etməsinə, ya da neytral qalmasına nail olmaq idi. Təbii ki, Rusiya bu planı sezdiyi üçün əksinə, Çinlə müttəfiqliyini daha da möhkəmləndirdi. Necə ki, ABŞ Rusiya-Ukrayna müharibəsi vasitəsilə Moskvanı ‘bataqlığa’ salıb zəiflətmək istəyir, Çin də İran cəbhəsində Amerikanı eyni yolla taqətdən salmağa çalışır”.

E. Həsənov qeyd edib ki, hazırkı gərginlik qlobal müharibənin ön hazırlığıdır:

“Baxmayaraq ki, ABŞ müharibə gedişatında İranın dəniz donanmasını və raket gücünü əhəmiyyətli dərəcədə sarsıda bildi, Tehran da buna adekvat qarşılıq verməyi bacardı. Hətta ABŞ tərəfi etiraf edir ki, hələ də İranın arsenalında 1000-dən çox raket qalmaqdadır. Hər bir halda, bu münaqişədə həm Amerikanın, həm də İsrailin raket balansı tükənmək üzrədir.

Bu vəziyyətdə Vaşinqton ‘Hörmüz boğazı’ kartından istifadə edərək İranı iqtisadi blokadaya salmağa çalışır. Çin isə buna sərt etiraz bildirərək İran neftinin daşınmasında israrlı olduğunu nümayiş etdirir. Hazırda bu istiqamətdə gərgin danışıqlar davam edir. Hesab edirəm ki, regionda baş verən bu proseslər gələcəkdə qaçılmaz olan ABŞ-Çin müharibəsinin ilkin mərhələsidir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05