!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran dövlətinin varlığına son qoyula bilər – Əgər bu hərəkəti etsə...

!Reklam – Yazi

“İran Bakıdakı İsrail diplomatik korpuslarını vura bilməz”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, SEPAHA bağlı rusdilli “Telegram” kanallarının Bakıdakı İsrail səfirliyinin vurulması ilə bağlı yayımladığı çağırışa münasibət bildirib.

Q. Hüseynli diqqətə çatdırıb ki, İsrailin bir neçə ölkədə səfirliyi bağlanıb, o cümlədən Azərbaycanda da bağlıdır:

“Üstəlik, İsrail səfirliyi “Hyatt Regency” hotelində yerləşir. Bu hoteldə isə İsrail səfirliyindən başqa, daha 8 ölkənin səfirliyi mövcuddur. Ona görə də İran sözügedən hoteli vura bilməz, çünki Azərbaycanın hava hücumundan müdafiə sistemləri atılan raketləri sərhəddəcə vuraraq, sıradan çıxaracaq. İşdir-şayət, əgər o raketlərdən biri hotelə düşərsə, burada israillilərdən heç kimi tapmayacaq.

Əksinə, İranın raketləri digər 8 ölkənin səfirliklərinə tuş gələcək”.

Analitik əmindir ki, bu addım çox böyük bir risk və avantüradır:

“Məhz buna görə də Tehran rejiminin bu addımı atacağını düşünmürəm. İran hakimiyyəti dünya siyasətini anlamır, öz güclərinin nə qədər olduğunu düzgün hesablaya bilmirlər. Onlar başa düşə bilmir ki, əgər bunu etsələr, başda ABŞ olmaqla başlarına od yağacaq. Bu hərəkəti etsələr, İran dövlətinin varlığına son qoyula bilər. Bu cür düşünən mollalarla ölkə idarə etmək olmaz”.

Xatırladaq ki, İranın SEPAH silahlı qüvvələrinə bağlı Telegram kanalı (rus dilində yayınlanır) Təl -Əvivə 20 raket, “İsrailin Bakıdakı yuvalarına” isə 5 raket atmağa çağırış edib.

Rafi Müslümov

COP29

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv