Dünyaca məşhur futbolçu edam cəzasına məhkum edilib.
Yenicag.az xəbər verir ki, İran Milli Futbol Komandasının tarixinə adını qızıl hərflərlə yazdıran keçmiş hücumçu Əli Dayi Mahsa Əmini etirazlarında həbs olunduqdan sonra onun edam cəzasına məhkum edildiyi deyilir.
İran tarixinin bombardiri və ötən il milli komanda rekordunu Kriştianu Ronaldonun qırdığı Əli Dayi edama məhkum edilən 15 min nəfər arasındadır. Oktyabrın əvvəlində İranın Sakkız şəhərində keçirilən mitinqdə iştirak edən keçmiş futbolçu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Daha sonra tutularaq həbsxanaya göndərilib.
Bir müddətdir xəbər alınmayan “Kral” ləqəbli futbolçu ilə bağlı şok iddia ortaya atılıb. 15 min nəfərlik məhbus ordusu arasında yer alan Əli Dayinin ölümə məhkum edildiyi iddia edilib.
İran parlamentindəki əksəriyyət etirazlarda tutulan 15 min nəfərin edam cəzasına məhkum edilməsinə səs verib və bu qərar səs çoxluğu ilə qəbul edilib.
“Bavariya” klubu son açıqlamasında Ali Dayi və Əli Kəriminin vəziyyətlərini bir daha gündəmə gətirib.
“Bavariya” rəsmi saytında dərc olunan mətndə aşağıdakı ifadələr yer alıb:
“Komanda olaraq keçmiş futbolçularımızdan çox narahatıq. Onların və ailələrinin vəziyyətini bilməyimizə ehtiyac var. Almaniyanın İrandakı səfirliyi ilə əlaqə saxladıq. Biz də bu istiqamətdə dəstəyimizi çatdırmışıq. Vəziyyəti nəzarətimizdə saxlayacağıq”.
Həftələrlə xəbər alınmayan Əli Dayinin son durumu ilə bağlı İran rəsmilərindən heç bir açıqlama verilməyib.
2007-ci ildə karyerasına son qoyan ulduz futbolçu İran millisində 149 matça çıxaraq 109 dəfə toru silkələyib.
www.yenicag.az