İran kosmosa adam göndərəcək

media-hightechnic-468x90

84334İran insanın orbitə göndərilməsində istifadə olunacaq yeni nəsil kosmik zondların layihələşdirilməsinə başlayıb.

Bu barədə Kosmik Sistemlər və Kosmosun Tədqiqi İnstitutunun direktoru Məhəmməd İbrahimi açıqlama verib.

“Mehr” informasiya agentliyinə müsahibəsində o bildirib: “Biz artıq çoxdan həm ilk uçuşlar, həm də tam bir kosmik gəmi üçün sadə kosmik kapsulların layihələşməsi üzrə işləri davam etdiririk. Yerin orbitinə kosmonavt göndərilməsi İran kosmik proqramının əsas məqsədidir”.

“Bu layihə kifayət qədər mürəkkəb oldu və böyük maliyyə yatırımı tələb etdi. Ancaq o, davam etdiriləcək. Kosmosa insan göndərmək üçün biz öncə suborbital uçuşa kosmonavtlı kapsul buraxılması texnologiyasını tam mənimsəməliyik”, – deyə institut rəhbəri qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600