İran müharibəsi süni intellektin daha bir təhlükəsini üzə çıxardı: Yeni iqtisadi reallıq kütləvi ixtisarlara səbəb olacaq?

media-hightechnic-468x90

Süni intellekt dünyasına keçid, kapitalizmin yalnız yaradıcı dağıdıcılıq vasitəsilə özünü yeniləyə biləcəyi konsepsiyasına tamamilə yeni bir məna qazandırdı. Bu, proses amansız olsa belə, köhnəlmiş texnologiyaların yeni iş üsulları ilə əvəzlənməsi ideyasıdır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə məqaləni “The Guardian” nəşri yayımlayıb.

Bildirilib ki, XVIII əsrin ortalarında sənaye dövrünün başlanğıcından bəri hər yeni ixtira dalğasında vəziyyət belə olub, lakin indi maşınların həm düşünmək, həm də öyrənmək qabiliyyətinə malik idrak bacarıqları nümayiş etdirməsi ilə iqtisadi sarsıntı potensialı daha da böyükdür.

“Yaxın Şərqdəki müharibə vəziyyəti daha da mürəkkəbləşdirib. Hörmüz boğazının bağlanması enerji qiymətlərinin artmasına, sənaye və kənd təsərrüfatında istifadə olunan xammal çatışmazlığına səbəb olub. Biznes xərclərinin kəskin artması və yeni əmək-qənaət edən texnologiyaların əlçatanlığı, iş yerlərini sürətlə və böyük miqyasda məhv etmək potensialına malik olan toksik bir qarışıqdır”, – nəşr qeyd edib.

İnsanlar əvəzinə maşınları seçmək həvəsi artacağı proqnozlaşdırılıb, çünki mənzərə cəmi bir neçə həftə əvvəl olduğundan qat-qat pisdir. Beynəlxalq Valyuta Fondu bu həftə artım proqnozlarını azaldıb və qlobal resessiya risklərini vurğulayıb. Əgər xəbərdarlıqlar özünü doğrultsa, işsizlik kəskin şəkildə artacaq. Müəssisələr xərcləri, xüsusən də işçi qüvvəsi xərclərini azaltmağa daha həvəsli olacaqlar və biznes şəraiti yaxşılaşsa belə, yenidən işə götürməyə tərəddüd edəcəklər:

“Süni intellekt optimistləri qısamüddətli problemlərin olacağını etiraf edir, lakin uzunmüddətli perspektivdə narahatlığa ciddi əsas olmadığını deyirlər. Keçmişdə hər yeni texnologiya dalğası maşınların insanları əvəz edəcəyi proqnozları ilə müşayiət olunub, lakin qiyamət ssenariləri heç vaxt reallaşmayıb. Bəzi sektorlar zərər görüb, hətta tamamilə yoxa çıxıb, lakin nəticədə məhv ediləndən daha çox iş yeri yaradılıb. Bunun səbəbi insanların yeni texnologiyadan işləri daha səmərəli yerinə yetirmək üçün istifadə etməsi, beləliklə də məhsuldarlığı artırması və böyüməyə təkan verməsidir. Genişlənən iqtisadiyyat hazırda həmin iş imkanlarının tam olaraq harada olacağını söyləmək qeyri-mümkün olsa belə, məşğulluq fürsətləri təqdim edir”.

Bu təhlillə bağlı iki potensial problem var. Birincisi, tarixin təkrar olunacağına dair heç bir zəmanət yoxdur. İkinci potensial problem isə süni intellekt tərəfindən məhv edilən iş yerlərinin yaradılanlardan daha yaxşı ödənişli ola biləcəyidir. Keçmişdə belə olmayıb, əməyə qənaət edən maşınlar insanları daha yaradıcı tapşırıqları yerinə yetirmək üçün azad edib. Bu dəfə isə əksi baş verə bilər: maşınlar “ağıllı” işləri görür, insanlar isə daha bəsit tapşırıqlarla baş-başa qalır:

“Nəticədə bu, süni intellektin kişilərə və qadınlara öz işlərini daha yaxşı görməyə imkan verəcəyindən və ya onları gərəksiz edəcəyindən asılı olacaq. Birinci halda, süni intellekt optimistlərinin haqlı olduğu sübut ediləcək. İkinci halda isə onların böyük ölçüdə yanıldıqları üzə çıxacaq”.

“Müharibə bir xəbərdarlıq zəngidir. Siyasətçilərin öz iqtisadiyyatlarını və cəmiyyətlərini süni intellektin yaratdığı çağırışa hazırlamaq üçün düşündüklərindən daha az vaxtları var. Onlar üç “Y” üzərində cəmləşməlidirlər: Onlar yenidən ixtisaslaşma, yenidən sənayeləşmə, yenidən bölgü. Üstəlik, onlar sürətlə hərəkət etməlidirlər. Əks təqdirdə, süni intellektdən əldə edilən hər hansı fayda kiçik bir azlığın əlində cəmləşəcək, əksəriyyət isə kütləvi işsizliyin nəticələri ilə mübarizə aparacaq”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05