İran nümayəndə heyəti Naxçıvanda

media-hightechnic-468x90

53315Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadətin başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvana ikigünlük səfəri zamanı Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb, iqtisadi-ticarət münasibətlərinin genişlənməsi haqqında müzakirələr aparıb.

Tərəflər arasında Urmiyə və Naxçıvan şəhərlərində mədəniyyət həftələrinin keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Qərbi Azərbaycan valiliyinin veb səhifəsində yer alan xəbərdə bildirilir ki, mədəniyyət, idman və əkinçilik sahələrində Naxçıvan Muxtar Respublikası ilə müqavilələr imzalanıb. Qonaqlar Naxçıvanın bir neçə ticarət və sənaye mərkəzini ziyarət edib, Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin heykəli önünə əklil qoyublar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa