İran sanksiyaların bərpası ilə bağlı ABŞ və Aİ3 ölkələrinə xəbərdarlıq etdi

media-hightechnic-468x90

“ABŞ və Aİ3 ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) BMT-nin ləğv edilmiş sanksiyalarının bərpasının Tehrana təzyiq vasitəsinə çevriləcəyinə inanmaqda səhv edirlər”.

Yenicag.az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlik qeyd edib ki, rəsmi Tehran ölkəyə zərər vurmaq cəhdlərinə qətiyyətlə cavab verəcək:

“Aİ3 və ABŞ diplomatiya və qarşılıqlı əlaqə üçün əlverişli atmosfer yaratmaq əvəzinə qarşıdurma və böhran yaratma yolunu seçiblər və yanlış olaraq inanırlar ki, BMT-nin ləğv edilmiş qətnamələrinin bərpasına əl atmaqla yeni təzyiq aləti əldə edəcəklər. Tehran öz hüquqlarını və milli maraqlarını qətiyyətlə müdafiə edəcək və İran xalqının mənafelərinin pozulmasına yönəlmiş istənilən hərəkətə qəti və layiqli cavab verəcək”./Report/

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa