!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran üçün ən ciddi İTKİ: Psixoloji üstünlük bu dövlətə keçdi – Xamneyi çətin dilemma qarşısında

!Reklam – Yazi

HƏMAS liderinin öldürülməsi İran üçün ən ciddi prestij itkisidir.

Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.

Kanal yazır ki, İsrail dünənki həmləsi ilə 7 oktyabr 2023-cü ildən etibarən İran tərəfinə keçən psixoloji üstünlüyü tam olaraq öz tərəfinə keçirdi.

“İsmail Həniyənin öldürülməsi, bir tərəfdən, İsrail kəşfiyyatının ötən il itirdiyi prestiji bərpa etməsi əməliyyatı, digər tərəfdən isə Məsud Pezeşkianın yeni dönəmi üçün pis xəbərdir. Çünki Pezeşkian regional yumşalma və Qərblə münasibətləri normallaşdırmaq istəyirdi. Əslində, İranın adlı dini lideri Ayətullah Seyid Əli Xamenei də onu məhz buna görə xalqın önünə çıxarmışdı. Lakin Həniyənin birbaşa Tehranda öldürülməsi Pezeşkiana mühafizəkarlar tərəfindən təzyiqləri artıracaq”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu, həmçinin İranın müqavimət şəbəkəsi və proksi gücləri arasında imicinə də ciddi zərbə endirəcək:

“Belə olan halda, Tehran, xüsusilə də dinc keçid etmək istəyən Xamneyi çətin bir dilemma qarşısında qalır. İsrail bu həmləsi ilə həm də Tehranın Qərblə normallaşma prosesinin qarşısını almaq istəyir.

İran hələ İbrahim Rəisi dövründə Amerikanın Demokrat administrasiyası ilə əlaqələri gücləndirmiş və İran nefti bazara daxil olmağa başlayıb. Əgər demokratlar qalib gələrsə, İranda islahatçı bir hökumətin mövcudluğu Qərb və İran arasında yeni nüvə dialoqunun başlaması ehtimalına yol açır ki, bu da İsraildəki Benyamin Netanyahu hakimiyyəti üçün qəbuledilməzdir”.

Məlumata görə, buna qədər 2015/16-cı ildə Obama administrasiyası İranla nüvə anlaşmasına nail olmaq üçün Netanyahunu devirməyə çalışmış, onun oğlu Yairin 1 milyardlıq korrupsiya ilə məxfi görüşdə səsi yayılmış və Obama Soros fondu ilə birlikdə mühafizəkarların AIPAC təşkilatını sıradan çıxarmağa çalışmışdı.

“Lakin Obamanın planı baş tutmadı və Netanyahu devrilmədi, əvəzində isə ABŞ siyasətində birləşən sağ yəhudilər Donald Trampın hakimiyyətə gəlməsində xüsusi rol oynadılar.

Həniyənin öldürülməsi isə HƏMAS üçün İsrailə qarşı hücumlardan sonra verilən itkilərin zirvəsidir. İsrail bu sui-qəsdlə güc göstərdi. Çünki bir tərəfdən Fələstin müqavimət qüvvələri ilə vuruşa, digər tərəfdən Livana hücum edə, İranda isə HƏMAS liderini hədəfə ala bildi”, – deyə qeyd edilir.

Kanalın analitiklərinin fikrincə, sui-qəsdin raketlə həyata keçirildiyi iddiaları iki zəif tərəfi ortaya qoyur:

1.İran mümkün müharibə vəziyyətində öz hava məkanını qorumaqda çəkəcək çətinlik;

2.Həniyənin öldürülməsi ilə bağlı kəşfiyyatın göstərdiyi təhlükəsizlik zəifliyi.

Bundan əlavə, qeyd olunub ki, məsələnin başqa bir ölçüsü İran ərazisinin rəsmi olaraq hücuma məruz qalmasıdır.

“İranın buna cavab verməməsi başqa bir qırılma nöqtəsi olacaq. Ancaq daha əvvəl də qeyd edildiyi kimi, hücum İsrailin İranı müharibəyə cəlb etmək istədiyini göstərir. Tehran anlayır ki, İsraili vursa, geniş cəbhə ilə üzləşəcək. Bu hücumlara cavab verməsə, müttəfiqlərini, nüfuzunu itirəcək və yeni hücumlar gələcək.

Eyni zamanda, Birləşmiş Ştatlar da İranın daha ciddi zərbə endirməsini istəmir, çünki, belə olan halda, Vaşinqton Yaxın Şərq bataqlığına daxil ola bilər ki, bu zaman bu durum ən çox Moskvanın işinə yarayacaq”, – deyə kanal yazır.

Rafi Müslümov

COP29

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv