İran XİN İƏT toplantısını keçirtmək çağırışı etdi

media-hightechnic-468x90

İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qəzza zolağında vəziyyətlə əlaqədar fövqəladə toplantısının keçirilməsinə çağırış edib.

Yenicag.az mehr-ə istinadla xəbər verir ki, o, İƏT-in Baş katibi Hissein Brahim Taheyə, Türkiyənin xarici işlər naziri Hakan Fidana və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Farhana ünvanladığı məktubunda Qəzzada humanitar vəziyyəti müzakirə etmək, təcili humanitar yardımın çatdırılmasını əlaqələndirmək, bölgənin taleyi ilə bağlı hüquqi və siyasi aspektlərini araşdırmaq üçün buna zərurət olduğunu bildirib.

“Bununla rəsmi olaraq İƏT Xarici İşlər Nazirləri Şurasının fövqəladə yığıncağının, mümkün olduqda, Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkilatın Katibliyinin qərargahında keçirilməsini xahiş edirəm”, – A.Əraqçi məktubunda qeyd edib. D

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa