İran yaralarını sağaldır: Müharibə informasiya cəbhəsinə keçib - ŞƏRH

media-hightechnic-468x90

“Hazırda İranla Qərb arasında informasiya müharibəsi gedir”.

Bu fikri İranın sakit siyasəti, bunun səbəbləri və rəsmi Tehran ətrafında baş verən prosesləri Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə

Onun sözlərinə görə, İran hazırda daxildə güclənmək siyasəti aparır:

“İran 14 günlük müharibədən sonra öz yaralarını sağaltmaqla məşğuldur. Hərbi sahədə ciddi zədələr alıb. Özünü bərpa edir. Hava hücumundan müdafiə sistemləri alır, çalışır hərbi hava qüvvələrini təkminləşdirsin, daxildəki İsrailə işləyən casusları zərərsizləşdirsin.

İranın xarici siyasətdə ciddi şəkildə səssiz qalmasının səbəbi ondan ibarətdir ki, müharibədən əvvəl ABŞ və Avropa ilə ciddi danışıqlar aparırdı, ancaq Avropa dövlətləri naxələf çıxdı. İrana qarşı sanksiyaları dəstəklədirlər. ABŞ isə İranla danışıqlar apara-apara İsraillə birgə İrana hücum etdi”.

Politoloq qeyd edib ki, uranın zənginləşdirilməsi məsələsi açıqdır:

“Bu barədə heç bir informasiya yoxdur. Tramp elan etdi ki, İranın nüvə proqramını məhv ediblər. Ancaq bu barədə heç bir sübut ortaya qoyulmadı. Hazırda informasiya müharibəsi gedir. İran aktiv şəkildə yox, passiv şəkildə mübarizəsini davam etdirir”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa