İranda 119 yaşlı kişi evləndi
İranda son 6 ay ərzndə yaşı 80-dən yuxarı olan 738 kişi ailə həyatı qurub.
Yenicag.az xəbər verir ki, bunu İran Qeydiyyat İdarəsinin sözçüsü Əzəm Qəvidel deyib.
O, bununla yanaşı yaşı 80-i ötmüş 17 qadının da ailə həyatı qurduğunu və onlardan birinin 93 yaşında evləndiyini bildirib.
Qəvidelin sözlərinə görə, ən yadda qalan nikah 119 yaşlı kişi ilə 93 yaşlı qadının evliliyi olub.