İranda güclü yanğın – Ölən və yaralananlar var

İranın Qum şəhərində hündürmərtəbəli binada yanğın baş verib.

Yenicag.az İran mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 66 nəfər yaralanıb.

Yaralılardan 33 nəfəri xəstəxanaya yerləşdirilib, 33-ü isə ambulator müayinədən sonra evə buraxılıb.

Yanğının səbəbləri araşdırılır.