!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda mühafizəkarlardan yeni HƏMLƏ: SEPAH ali dini rəhbər axtarışını gündəmə gətirir

!Reklam – Yazi

“Bir neçə gün öncə İranın yeni prezidenti ilə ABŞ rəsmiləri və Avropa nümayəndələri arasında görüş keçirilib. Görüşdə Məsud Pezeşkianı Cavad Zərif təmsil edib. Pezeşkianın komandası, eyni zamanda, Qətər xətti ilə Bayden administrasiyasının nümayəndələri ilə əlaqə saxlayıb”.

Yenicag.az xəbər verir ki, bu barədə iranlı araşdırmaçı jurnalist Əziz Əhmədi “The Sunday Times” nəşri ilə söhbətində deyib.

Onun sözlərinə görə, İran İsrailə hücumları dayandıracaq, eyni zamanda, praqmatik siyasət izləyəcək, nüvənin zənginləşdirməsini azaldacaq, əvəzində isə ABŞ İrana qarşı sanksiyaları yumşaldacaqdı.

“Əgər demokratlar seçkidə qalib gəlsələr, Tehranla nüvə anlaşması istiqamətində yenidən masaya otura bilərdilər. Avropa isə İrandan neft idxalını artırmağı nəzərdən keçirirdi. İsrailin Tehran zərbələri Pezeşkian hökumətinin mötədil siyasətinin qarşısını almaq və Pezeşkianı radikal qanaddan asılı duruma salmaqla onun Qərblə normallaşmasını önləmək üçün edilən düşünülmüş həmlə idi. İsrail Pazeşkianın ilk günündə onun imicinə ciddi zərbə endirdi”, – deyə o bildirib.

Ə. Əhmədi hesab edir ki, İranın hərbi və dini dairələrində islahatçıların prezident seçilməsinə görə Ayətullah Seyid Əli Xamneyidən narazı qalanlar var.

“Buna qədər SEPAH və müqavimət şəbəkəsi İsrailə cavab tələb edirdilər. Əgər indi Tehran cavab verməzsə, o zaman, bir tərəfdən, müqavimət şəbəkəsi arasında imici yerlə bir ola bilər, digər tərəfdən isə Xamneyinin zəif görünməsi SEPAH digər şəxsləri ali dini rəhbər kimi nəzərdən keçirməsinə səbəb ola bilər. Şübhəsiz, bu durum Qərblə normallaşma istəyən islahatçı administrasiyasının işini çətinləşdirir”, – deyə o, əlavə edib.

Jurnalistin fikrincə, bu cür həmlələri, bir tərəfdən, İranda mühafizəkar dairələri yenidən gündəmə gətirir, digər tərəfdən isə Pezeşkian və Xameneinin arzuladığı yumşaq ritorikanı sıradan çıxardır, lakin istənilən halda, bu məsələ dünyaya İranın təhlükəsizlik aparatının gücünü açıq şəkildə nümayiş etdirir ki, bu da Tehran üçün daha böyük kabusdur.

Analitikin qənaətinə görə, bu gün İranın İsraillə cavab imkanları var və Tehran Təl-Əvivə problem yarada biləcək imkanlara sahibdir:

“Amma əsas məsələ İranın İsrailə cavab verməsi deyil, onu çəkindirməsidir. Çünki İsrail cavab almasa və çəkindiricilik hiss etməsə, bu zaman, bu cür hücumları daha da artıracaq. Burada isə əsas sual budur ki, İran özü rəqibini necə çəkindirə bilər? Anlaşılandır ki, İsrail müasir texnologiyalara və Birləşmiş Ştatların tam dəstəyinə malikdir. Belə olan halda, İran üçün yeganə yol nüvə silahına yiyələnməkdir ki, bu da Məsud Pezeşkianın prezident kampaniyasında irəli sürdüyü bütün məqsədlərdən imtina demək olacaq. Həmçinin İranın nüvə silahı əldə etməsi Türkiyə və digər regional oyunçularının hərəkətə keçirə bilər. Əslində isə bu regional toqquşmanı daha da tətikləyən bir amildir”.

Rafi Müslümov

COP29

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv