İranda terror aktı: ölənlər var

media-hightechnic-468x90

121003_res_01İranın Sistan və Bəluçistan əyalətinin Nikşəhr şəhərinin Kəhiri postu ərazisində partlayıcı qurğunun işə düşməsi ilə partlayış baş verib. Partlayış nəticəsində bir neçə polisin öldüyü və yaralandığı bildirilir.

media-banner_tkm

Bunu İranın Sistan və Bəluçistan əyalətinin polis komandiri Hüseyn Rəhimi deyib. Bu barədə İranın İRNA agentliyi məlumat verir.

İranın Fars agentliyi isə 3 polisin öldüyünü, bir neçə nəfərin isə yaralandığını bildirib.

Partlayışı törədənlər məlum deyil.

H.Rəhimi deyib ki, hadisə ilə bağlı detallar sonradan açıqlanacaq.

İran İslam Respublikasın cənub-şərqində fəaliyyət göstərən müxalif silahlı qruplar özlərini sünni və bəluç azlıqlarının tərəfdarları elan edirlər. Onların indiyədək dəfələrlə təşkil etdikləri partlayışlar nəticəsində polislər və hərbi qulluqçular həlak olub (“Trend”).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05