İranda zəlzələ oldu

media-hightechnic-468x90

İranın cənub-şərqində 4,5 maqnitudalı zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin seysmoloji mərkəzi bildirib.

Mərkəzin məlumatlarına əsasən, zəlzələnin episentri ölkənin Kirman ostanının Şəhdad şəhristanından 24 km aralıda olub. Təbii fəlakətin ocağı 10 km dərinlikdə yerləşib.

Bildirilib ki, ostanın mərkəzi Kirman şəhərinin əhalisi də yeraltı təkanları hiss edib.

Ölənlər və dağıntı barədə məlumat verilməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa