İrandakı müharibənin HƏLL YOLU: Tehran və Vaşinqtonun atmalı olduğu addımlar nələrdir?

media-hightechnic-468x90

Vaşinqtonun 15 bəndlik təklifi ilə Tehranın 10 bəndlik qarşılığı arasındakı kəskin fərqlər nəzərə alındıqda İslamabad danışıqlarının ABŞ və İsrailin İrana qarşı müharibəsini dayandıra bilməməsi təəccüblü deyil.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “The Guardian” nəşrinin təhlil məqaləsində qeyd olunub.

Bildirlib ki, İranın uran zənginləşdirilməsinə məhdudiyyət qoyan 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) müzakirəsi iki ildən çox vaxt aparmışdı və onun kökləri, əslində, 2003-cü ilə qədər uzanır. ABŞ Vitse-prezidenti Cey Di Vens isə nüvə məsələsi və bir neçə digər mövzunu əhatə edən danışıqlar üçün İslamabadda bir tam gündən də az vaxt keçirdi. Sürpriz olan isə Vensin uğursuzluqla bağlı izahatı idi – o, İranın ABŞ tərəfindən təqdim olunan şərtləri rədd etdiyini bildirdi. 8 aprel atəşkəsi qüvvəyə minəndə İranın qətiyyətli mövqe nümayiş etdirməsi səbəbindən Amerika tərəfi şərt diktə edəcək vəziyyətdə deyildi. Lakin Vens, rəhbəri Donald Tramp kimi, iranlıların məğlub edildiyinə və ABŞ-nin geri addım atmağa ehtiyacı olmadığına inanırdı.

“Vens qayıtdıqdan sonra Tramp öz üslubuna sadiq qalaraq Hörmüz boğazı vasitəsilə İran limanlarına üzən və ya oradan gələn bütün gəmilərə dəniz blokadası tətbiq etdi. Blokada bir müharibə aktıdır, buna görə də vəziyyət artıq risklidir. Əgər İran öz neft ixracının bloklanmasına ABŞ-nin müttəfiqi olan Körfəz monarxiyalarının enerji infrastrukturuna hücum etməklə cavab verərsə (ki, bunu artıq dillənidirib), işlər daha da pisləşə bilər. Bu, neftin, dizelin, mayeləşdirilmiş təbii qazın və digər kritik malların qiymətini artırar. Tramp İrana hücumları bərpa edə bilər və İsrail də, yəqin ki, onu izləyər. Tammiqyaslı müharibə geri dönərdi. Buna görə də danışıqların yenidən başlaması təcilidir”, – nəşr vurğulayıb.

“İran ABŞ-ın heç vaxt ödəməyə razı olmayacağı müharibə təzminatı tələbindən vaz keçməlidir. Bunun müqabilində ABŞ birinci və ikinci dərəcəli sanksiyaları tamamilə ləğv edir və İranın bütün dondurulmuş aktivləri sərbəst buraxılır. İran həmçinin Hörmüz boğazından keçən hər bir neft tankeri üçün 2 milyon dollar rüsum toplamaq hüququ əldə edir. Bu şərtlə ki, Tehran regionun və regiondan kənar ölkələrin, o cümlədən Rusiya və Çinin daxil olduğu koalisiya tərəfindən nəzarət edilən və zəmanət verilən sərbəst keçid hüququnu qorumaq öhdəliyini götürsün. Körfəz monarxiyalarının ABŞ-yə İranda böyük dağıntılar törətmək üçün öz bazalarından istifadə etməyə icazə verdiyini nəzərə alsaq, Tehranın iqtisadi yenidənqurma üçün vəsait tələb etməsi əsassız deyil”, – “The Guardian” tərəflərin anlaşması üçün təkliflərini qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05