İrandan DÜNYAYA internet təhdidi: Sualtı kabellər kəsilsə, nələr baş verəcək?

media-hightechnic-468x90

“Körfəz ölkələri və Yaxın Şərqdə yerləşən, həmin magistraldan asılı olan xidmətlərə çıxışda müəyyən çətinliklər yarana bilər”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Fərhad Mirəliyev deyib.

O, İranın ABŞ qüvvələrini yerləşdirməyə davam edəcəyi təqdirdə Fars körfəzi ölkələrinə aparan sualtı internet kabellərini sıradan çıxaracağı ilə bağlı təhdidi barədə fikirlərini səsləndirib.

Ekspert bildirib ki, məsələ həm regional, həm də qlobal səviyyədə təsirlər yarada bilər:

“Ümumilikdə, bu magistralın qırılması nəticələrini sıralasaq, ilk növbədə ‘latency’ (gecikmə) anlayışını qeyd etmək lazımdır. Bu göstərici internet sürətinə birbaşa təsir edir və nə qədər aşağı olarsa, internet bir o qədər keyfiyyətli olur. Magistralın zədələnməsi nəticəsində isə ‘latency’ səviyyəsi yüksələcək.

Həmin ərazidən keçən internet trafiki məcbur qalaraq Afrikanın ətrafı və ya Sakit okean hövzəsi üzərindən yönləndirilə bilər. Bu isə məsafənin uzanması səbəbindən gecikməni artırır. Bundan əlavə, bulud xidmətləri məsələn, Amazon və ya Google Cloud  eləcə də həmin regionda fəaliyyət göstərən bank sistemləri, banklararası köçürmələr və müxtəlif ticarət platformaları bu vəziyyətdən mənfi təsirlənə bilər. Eyni zamanda, zədələnmiş xəttə alternativ olan digər xətlər həddindən artıq yüklənərək müəyyən müddət sonra yararsız hala düşə bilər.

Azərbaycana təsirlərə gəldikdə isə, birbaşa təsirin olması ehtimalı azdır. Çünki ölkənin əsas internet kanalları Gürcüstan və Gürcüstan–Türkiyə marşrutu vasitəsilə Avropaya, eləcə də Rusiya üzərindən digər istiqamətlərə çıxış əldə edir. Buna görə də birbaşa təsir gözlənilmir. Lakin körfəz ölkələri və Yaxın Şərqdə yerləşən, həmin magistraldan asılı olan xidmətlərə çıxışda müəyyən çətinliklər yarana bilər. Bu da Azərbaycanın daxili infrastrukturundan deyil, məhz həmin regionda baş verən qəza ilə bağlı olacaq.

Dolayı təsirlər sırasında sosial şəbəkələrin fəaliyyəti və serverləri qeyd olunan ərazidə yerləşən digər saytların əlçatanlığında problemlər göstərilə bilər. Bununla yanaşı, yaranmış vəziyyət Azərbaycanın strateji əhəmiyyətini də ön plana çıxarır. Belə ki, Xəzər dənizinin altından çəkilməsi planlaşdırılan və “Rəqəmsal İpək Yolu” kimi tanınan kabel layihəsi alternativ və daha təhlükəsiz marşrut kimi daha da önəm qazanır”,  deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05