“İranı müharibəyə sürükləmək üçün hər cür cəhd edirlər, növbəti belə cəhd Zəngəzurda ola bilər”.
Yenicag.az xəbər verir ki, bunu erməni türkoloq Varujan Qeqamyan yazıb. O, hegemon dövlətlərin İranı müharibəyə cəlb etmək cəhdlərini qeyd edib.
“Yaxın Şərqdə yeni müharibə.
Cümə gecəsi ABŞ və Böyük Britaniya Yəmənin müxtəlif bölgələrindəki dörd əyalətdəki hədəflərə hava zərbələri endirib.
İndi ən vacib sual, bunun Yəməndəki Husi hökumətinin arxasında dayanan İranı nə dərəcədə birbaşa müharibədə iştirak etməyə sövq edəcəyidir.
Onlar hər vasitə ilə İranı müharibəyə sürükləməyə çalışırlar. Növbəti oxşar cəhd Zəngəzurda ola bilər”.
Xuraman Etibarlı
www.yenicag.az