!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranı silkələyən sui-qəsd: İsrailin "unutmadığı adam" öldürüldü

!Reklam – Yazi
İranın Tehran vilayətinin Absərd şəhərində İranın nüvə-raket alimi Möhsün Fəxrizadə və onu müşayiət edən mühafizəçilərə sui-qəsd olunub.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Mustafa Xomeyni prospektində öncə partlayış, sonra isə atışma baş verib.

İran dövlət televiziyası günorta saatlarında hücuma məruz qalan Fəhrizadənin ağır yaralandığını, bütün müdaxilələrə baxmayaraq xilas edilə bilinmədiyini açıqlayıb.

Məlumata görə iranlı alim xəstəxanada ölüb.

İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif “Twitter” hesabında sui-qəsdlə bağlı paylaşım edib və bunda İsrailin iştirak etdiyinə dair əlamətlərin olduğunu bildirib.

“Terrorçular bu gün görkəmli bir İran alimini öldürdü. İsrailin rolunun ciddi göstəriciləri olan bu qorxaqlıq cinayətkarların çarəsizliyini göstərir.

İran beynəlxalq ictimaiyyəti və xüsusilə də Avropa Birliyini utanc verici ikili standartlara son qoymağa və bu dövlət terrorunu pisləməyə çağırır”, – deyə nazir qeyd edib.

www.yenicag.az

4423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv