!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın Azərbaycan MÖVQEYİ: "Güney azərbaycanlıların bunu bir növ separatizm üçün səbəb..." - Metyu Brayza

!Reklam – Yazi

“Rəsmi Tehranın Azərbaycanın İran yük maşınlarına gömrük rüsumu tətbiq etməsinə həddindən artıq reaksiya göstərdiyini düşünürəm”.

Bu fikirləri İranın Azərbaycana qarşı sərgilədiyi son davranışları dəyərləndirərkən ATƏT-in Minsk Qrupunun ABŞ-dən olan keçmiş nümayəndəsi və ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Yenicag.az-a açıqlamasında səsləndirib.

Metyu Brayza İranın belə bir mövqe sərgiləməsinin bir neçə səbəbi olduğunu vurğulayıb:

“Birincisi, yəqin ki, bu, son vaxtlar Azərbaycan, Türkiyə və Pakistan qoşunlarının Azərbaycanda keçirdiyi hərbi təlimlərə cavabdır. Fikrimcə, rəsmi Tehran İranın ərazi bütövlüyü ilə bağlı mövqeyini nümayiş etdirməyin vacib olduğunu hiss etdi və səhvən baş verə biləcək hər hansı sərhədyanı fəaliyyətin qarşısını almaq istədi.

Düşünürəm ki, ikinci səbəb İranın Azərbaycanın öz suveren hüquqlarından istifadə edərək əvvəllər Ermənistanın nəzarətində olan, Azərbaycanın işğaldan azad etdiyi və İran yük maşınlarının gömrük rüsumları ödəmədən mallarını Qarabağ da daxil olmaqla Azərbaycanın işğal olunan ərazilərində yaşayan erməni sakinlərinə çatdırdığı yük maşınlarından gömrük ödənişləri tələb etməsinə etirazıdır.

Yəqin ki, üçüncü və bəlkə də ən vacib səbəb Tehrandakı hökumətin İranın şimalındakı etnik azərbaycanlı əhaliyə siqnal vermək istəməsi, Azərbaycanda baş tutan Azərbaycan, Türkiyə və Pakistan hərbi təlimləri müddətində əhalini hər hansı iğtişaşlara cəhddən çəkindirmək istəyidir. Çünki 44 günlük müharibə zamanında da, xatırlayacağımız kimi, Azərbaycan qoşunları İranla sərhəddə, dağların cənubundakı düzənliklərdə irəliləyiş əldə edərkən İranın şimalındakı bir çox etnik azərbaycanlı həmin əsgərləri alqışladı, dinc və müsbət şəkildə onların uğuruna sevindiklərini nümayiş etdirdi. Tehrandakı hökumət Azərbaycan qoşunlarının iştirakı ilə hər hansı bir hərbi təlim keçirilərkən etnik azərbaycanlı əhalinin bunu bir növ separatizm üçün səbəb olaraq görməməsini təmin etmək istəyir.

Rəsmi Tehranın Azərbaycanın İran yük maşınlarına gömrük rüsumu tətbiq etməsinə həddindən artıq reaksiya göstərdiyini düşünürəm. Fikrimcə, İran Xarici İşlər Nazirliyinin sözçüsünün İranın ordusunun nə qədər güclü olduğuna dair verdiyi açıqlamalar kifayət qədər uyğunsuz idi. Hazırda vəziyyətin stabilləşdiyinə ümid edirəm”.

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv