!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın Ermənistan “sevgisi”: “Rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasından daha çox özü qorxur”

!Reklam – Yazi

“Azərbaycanla İran arasındakı münasibətlər heç vaxt relsə oturmayacaq.

Çünki Tehran hakimiyyəti öz ərazisində Azərbaycana qarşı qüvvələr yetişdirir və istənilən vaxt ölkəmizdə təxribat aparmağa hazırdır. Sadəcə olaraq, tərəflər bir-birilərinə diplomatik şəkildə yanaşırlar və rəsmi Bakı İranın Azərbaycana qarşı törətdiyi əməllərə böyüklük göstərərək göz yumur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.

 

Analitik Ermənistan baş naziri ilə görüşdə İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi ifadələrə münasibət bildirib.

 

S. Soltana görə, İranın adlı dini lideri Ayətullah Seyid Əli Xamneyinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə Zəngəzur yolu ilə bağlı dedikləri ilk dəfə deyil:

“Hələ 44 günlük müharibə bitəndə Xamneyi, ovaxtkı prezident Həsən Ruhani və sonrakı mərhum dövlət başçısı İbrahim Rəisi Ermənistanın ərazi bütövlüyü və Zəngəzur yolu ilə bağlı özlərinə “qırmızı xətt” cızmışdılar. Bunu İran hakimiyyəti Ermənistan sərhədlərinin dəyişdirilməsi kimi qələmə verir”.

Onun fikrincə, əslində isə İran bu yolun açılmasından daha çox özü qorxur:

“Çünki bunun Ermənistan üçün heç bir təhlükəsi yoxdur. İrəvan bu yolun açılmasına 2020-ci il noyabrın 10-da razılıq verib. Doğrudur, 2020-ci il bəyanatının 9-cu müddəasında Zəngəzurdan keçəcək kommunikasiya xətlərinə Rusiya sərhədçilərinin nəzarət etməsi ilə bağlı əlavələr salınsa da, Tehran hakimiyyəti bununla bağlı hay-küy salmamışdı. İranın buna etiraz etməsinə səbəb perspektivdə bu yoldan ABŞ və NATO ölkələrinin istifadə etməsi ehtimalıdır. Ona görə də İran Ermənistana olan sevgisinə görə bu məsələ ətrafında hay-küy salıb şou düzəltmir. Əksinə, Tehran administrasiyası özünün Cənubi Qafqaz və Ermənistanla əlaqələrdən təcrid edilməsindən ehtiyatlanaraq hay-həşirə düşür”.

Rafi Müslümov

COP29

www.yenicag.az

753
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv