İranın "Hörmüz planı": Boğazdan keçən hər barel neft üçün 1 dollar rüsum?

media-hightechnic-468x90

“İran Hörmüz blokadası ilə barel başına 1 dollar, gündəlik isə 20 milyon dollar qazanmağı hədəfləyib”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirib.

media-abutalib_semedov-7

Politoloq İranın Hörmüz boğazı ilə bağlı planlarını təhlil edərək qeyd edib:

“İran Hörmüz boğazını bağlamaqla həm əlavə qazanc mənbəyi əldə etməyə, həm də müharibədə qalib gəldiyini dünyaya nümayiş etdirməyə çalışır. Məlumdur ki, Tehranın son tələbi boğazdan keçən hər barel neftə görə 1 dollar rüsum almaqdır. Nəzərə alsaq ki, boğaz vasitəsilə gündəlik təxminən 20 milyon barel neft daşınır, bu, İranın hər gün 20 milyon dollar qazanmaq istəyi deməkdir. Bu, kifayət qədər böyük məbləğdir və illik milyardlarla dollar qazanc vəd edir.

Lakin əsas problem ondadır ki, neft daşıyan heç bir ölkə buna imkan verməz. Boğazdan keçən gəmilər onsuz da sığorta haqqı, tanker icarəsi və təhlükəsizliklə bağlı ciddi xərclər ödəyirlər. Gəmilərin məxsus olduğu ölkələrin hər barel neftə görə əlavə haqq ödəməsi onları ağır iqtisadi vəziyyətə sala bilər”.

Politoloq vurğulayıb ki, hazırda İranın əsas məqsədi dini lider Xameneinin qisasını almaq deyil, əlavə gəlir əldə etməkdir:

“Hesab etmirəm ki, bu addım Xameneinin qisası üçün atılır. Məqsəd sadəcə əlavə qazanc yeri yaratmaq və ABŞ qarşısında qalibiyyət nümayiş etdirməkdir. Birləşmiş Ştatlar buna qətiyyən imkan verməyəcək. Düşünürəm ki, bütün bu cəhdlərə baxmayaraq, boğazdan keçid bundan sonra da ödənişsiz olaraq qalacaq. İran bu reallığı qəbul etmək məcburiyyətindədir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05