İranın Küveytə hücumunda yaralananların sayı açıqlandı
İranın Küveytə endirdiyi zərbələr nəticəsində ən azı 63 nəfər yaralanıb.
Yenicag.az “Unikal”-a istinadən xəbər verir ki, bu barədə Əmirliyin Səhiyyə Nazirliyi məlumat yayıb.
“İranın Küveytə hücumu nəticəsində hava limanı işçiləri və sərnişinlər də daxil olmaqla ən azı 63 nəfər yaralanıb”, – deyə açıqlamada bildirilir.
3 iyun səhəri İran Küveyt Beynəlxalq Hava Limanına hücum etmək üçün dron və raketlərdən istifadə edib. Ölkənin Müdafiə Nazirliyi hücumun əhəmiyyətli maddi ziyana səbəb olduğunu və bir neçə nəfərin yaralandığını bildirib.












