İranın müdafiə naziri təcili İraqa səfər edib
İranın müdafiə naziri Hüseyn Dehqan İraq müdafiə naziri Xalid əl-Obeydi ilə təcili məsləhətləşmələr aparmaq üçün Bağdada gedib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, İran İraq ordusunun Ramadi şəhərindəki məğlubiyyətindən ciddi narahat olub. Ramadinin əldən çıxması Mosulun itirilməsindən sonra İraqın ən ciddi məğlubiyyətidir. “İslam Dövləti” (“İŞİD”) Anbar əyalətinin ən iri şəhəri olan Ramadini ələ keçirərək Bağdada yaxınlaşıb.
ABŞ dövlət katibi Con Kerri isə İraqın yaxın həftələrdə Ramadini geri qaytaracağına inandığını vurğulayıb.