!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın rəhbəri Əli Hüseyni Xamənənin etnik mənsubiyyəti haqqında - VİDEO

!Reklam – Yazi

Çoxları onu Xamənə təxəllüsünə görə azərbaycanlı hesab edir. Ancaq onun öz rəsmi saytındakı tərcümeyi-hal və şəcərəsi ilə tanış olduqda rəhbərin azərbaycanlı olmadığı üzə çıxır. Yeri gəlmişkən İran rəhbərinin kimlik vəsiqəsində soyadı Hüseyni-xameneyi yox, Hüseyni-Xamənə yazılıb.

Yenicag.az xəbər verir ki, rəhbərin rəsmi internet saytı khamenei.ir-dən əmisi Məhəmmədin əlyazmalarından, İran dövlətinin başqa rəsmi saytlarından və İran rəhbərinin ofisindən alınan məlumatlardan aydın olur ki, ulu babaları 1050 il bundan öncə (miladi tarixi ilə təqribən 971) Abbasilər dövründə İraqdan bugünkü Tehranın cənubunda farsların yaşadığı Aştiyan və Təfriş bölgəsinə mühacirət edib və 1837-ci illərə qədər-866 il orada yaşayıb və Hüseyni-Təfrişi soyadını alıblar.

Əli Xamənənin atası Cavadın babası Molla Məhəmməd Hüseyni-Təfrişi şiəliyi təbliğ etmək üçün Güney Azərbaycanda Mişov dağı ilə Urmu gölü arasında yerləşən Xamənə qəsəbəsinə gedib və 11 il orada yaşayıb.

Orada Molla Məhəmmədin Hüseyn adında oğlu olub (Əli Xamənənin babası), daha sonra o, XIX əsrin ortalarında ailəsi ilə birlikdə yaşamaq üçün İraqın Nəcəf şəhərinə köçüb. Xamnədə anadan olmuş oğlu Hüseyn 1890-cı illərdə Nəcəfdə soyadını Hüseyni-Təfrişidən Hüseyni-Xamənəyə dəyişib.

Yenicə Xamənə sözünü soyadına əlavə edən Molla Hüseyn Nəcəfdə evlənib və 1895-ci ildə Cavad adlı oğlu dünyaya gəlib. Molla Hüseyn ailəsi ilə birlikdə 1897-ci ildə Nəcəfdən Məşhədə getmək üçün Təbrizə gəlib. Ancaq Qacar dövrünün son illərində İranda quru yolları təhlükəli olduğu üçün Molla Hüseyn Təbrizdən Bakıya, oradan gəmi ilə indiki Türkmənistana, oradan isə Məşhədə keçməyi planlaşdırıbmış.

Ancaq bir neçə il Təbrizin Xiyaban məhəlləsindəki Qarabağlar küçəsində qalmağa məcbur olan Molla Hüseyn Məşrutə inqilabından sonra 1918-ci ildə Məşhədə köçüb.

Əli Xamənənin atası Molla Cavad (Məşhədə köçməmişdən əvvəl) 21 il, yəni 2 yaşından 23 yaşına qədər Təbrizdə böyüyüb və Azərbaycan türkcəsini ana dili kimi öyrənib.

Molla Cavad bir neçə dəfə Nəcəfə getsə də, ömrünü Məşhəddə keçirib. Məşhəddə ikinci xanımından 1939-cu ildə İranın bugünki rəhbəri Əli Xamənə dünyaya gəlib. Anası isfahanlı fars Molla Haşim Mirmadamədi Nəcəfabadinin qızı Xədicə olan Əli Xamənə Molla Cavadın 4-cü övladıdır.
Molla Cavad Azərbaycan türkcəsini mükəmməl öyrəndiyi üçün Məşhəddə azərbaycanlılara aid olan Sədiqilər məscidinin mollası olub.

Əli Xamənə Sədiqilər məscidində mollalıq etmək üçün atasından bir az Azərbaycan türkcəsini öyrənib.

Əli Hüseyni-Xamənənin şəcərəsində bir saxtakarlığa da rast gəlikrik. Şəcərədə iddia olunur ki, onun nəsli şiələrin 4-cü imamı Zeynalabidinin kənizdən olan oğlu Əli Əsğərə dayanır.

Qeyd edək ki, 4-cü imam Zeynalabidinin nikahlı xanımı İmam Həsənin qızıdır. Ancaq Zeynalabidinin Əli Əsğər adında oğlu olmayıb. Hüseyn Əsğər adında oğlu olub və onun anası 5 kənizdən biri olub. Qeyd edək ki, kəniz İslam fütuhatları dövründə qeyri-müsəlmanlardan əsir götürülən cariyələrdən seçilirdi.

Elədirsə həmin kənizlər Bizans savaşlarında ermənilərdən əsir götürülmüş qızlardandır. (Bu barədə ayrıca araşdırmamız olacaq).

Araşdırmamız belə deməyə əsas verir ki, Xamənədə 1 həftə belə yaşamayan Molla Cavad və oğlu Əli Hüseyni-Xamənə etnik kökəncə farsdır, ya da 1200 il ərzində farslaşmış ərəbdir.

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv