İranın sabiq XİN rəhbərindən prezidentlik İDDİASI – Xamneyiyə müraciət etdi

media-hightechnic-468x90

İranın sabiq XİN rəhbəri, nüvə anlaşmasında böyük diplomatik nailiyyət qazana bilmiş, Qərbin liberal və demokratik dairələri ilə yaxın, Rusiyaya qarşı isə antipatiya və soyuq münasibətlərə malik Cavad Zərif prezidentliyə namizədlik üçün Ayətullah Xamneyiyə müraciət edib.

Yenicag.az xəbər verir ki, bu iddia ilə “The Time” nəşri çıxış edib.

Qəzet yazır ki, Zərif və onun təmsil etdiyi “islahatçı qanad, eyni zamanda, Azərbaycana qarşı imperial baxışlara malikdir və Qərbin akademik dairələrində “paniranizm” və “ariçiliyin” əsas təbliğatçısıdır.

Zərifin prezidentliyə namizədliyi üçün “Şuraye Nabahgan” adlanan İran Konstitusiyaya Nəzarət Şurası icazə verməlidir. Şura Ayətullah Xamneyiyə tabedir.

Qeyd edək ki, SEPAH ilə Zərif arasında münasibətlər də bir o qədər rəvan deyil.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa