“İran Suriyadakı məğlubiyyətin heyfini Cənubi Qafqazdan çıxa bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Suriyada geosiyasi vəziyyəti yenidən formalaşdıran proseslərin Cənubi Qafqaza təsirindən danışan politoloq Nazim Cəfərsoy deyib.
Onun sözlərinə görə, Suriyada baş verənlərin birbaşa olmasa da, dolayısı ilə Cənubi Qafqaza təsiri mövcuddur.
“Çünki bizimlə müttəfiq olan ölkələr bu prosesin içindədir. Yəni mövzu bizi də maraqlandırır. İlk olaraq, nəzərə almaq lazımdır ki, hazırkı vəziyyəti İranın məğlubiyyəti kimi də qiymətləndirmək mümkündür. İndidən sonra Tehranın necə mövqe sərgiləyəcəyi maraqlıdır”, – deyə o bildirib.
Ətraflı tam olaraq buradan izləyə bilərsiniz:
Nəsimi Ələsgərli
Samir Məcidov
www.yenicag.az