İranın yük maşınları Suriyada təyyarələr tərəfindən atəşə tutuldu

media-hightechnic-468x90

Naməlum təyyarələr İraqdan Suriyaya keçən İran yük maşınlarının karvanını atəşə tutub. Atəş Bu-Kəmal sərhəd-keçid məntəqəsində baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Əl-Hadath” telekanalı və AFP xəbər agentliyi məlumat yayıb.

Yük maşını karvanı 25 maşından ibarət olub. Suriya İnsan haqları mərkəzi AFP-yə bildirib ki, onlar Tehranın dəstəklədiyi qruplar üçün Suriyaya silah gətirirlər.

Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə, konvoy məhv edilib. Ölənlərin olduğu iddia edilir. Onların sayı dəqiqləşdirilməyib./Qaynarinfo/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600