!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranla gərginləşən VƏZİYYƏT: Azərbaycan İsraildən raketdən müdafiə sistemi ala bilər

!Reklam – Yazi

Azərbaycan 5500 km radiusda ballistik raketləri vura bilən zenit-raket sistemi ala bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Elaf” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, daimi olaraq Azərbaycan ərazisində 5-ci nəsil iki F-35 qırıcısı var.

Bundan əlavə, Azərbaycan-İran münasibətlərinin kəskinləşməsi fonunda Azərbaycanın İsrailin “Arrow-3” (Hetz-3) raketdən müdafiə sistemlərini ala biləcəyi bildirilir. Bu müdafiə sistemi 100 km yüksəklikdəki raketləri tutmaq üçün hazırlanmış zenit-raket sistemidir.

Xatırladaq ki, İran Azərbaycanla sərhəddə təlimlərə başlayıb. Buna səbəb Türkiyə və Azərbaycanın Xəzər dənizindəki birgə təlimləri, habelə Dağlıq Qarabağa gedən yolda İran yük maşınlarının vergiyə cəlb edilməsidir.

İrana cavab olaraq Türkiyə və Azərbaycan “Sarsılmaz Qardaşlıq” təlimlərinə hazırlıq görür.

www.yenicag.az

985
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv