İranlı admiral Azərbaycana gəldi

media-hightechnic-468x90

İran İslam Respublikası Ali Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə Yenicag.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə İran nümayəndə heyəti Zəfər parkını ziyarət edib, Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, əklil və gül dəstələri qoyaraq Vətən uğrunda şəhid olanların xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Azərbaycan MMU-nun rektoru general-mayor Gündüz Əbdülov İran Ali MMU rektorunun təlim və təhsil üzrə müavini ikinci dərəcəli kontr-admiral Cavad Dadaşzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Geniş tərkibdə keçirilən görüşdə qonaqlara MMU-nun yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub. Azərbaycan Ordusunda hərbi təhsil sahəsində həyata keçirilən islahatlar və bu sahədə əldə olunan uğurlu nəticələr barədə ətraflı məlumat verilib.

Sonra İran nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olub. İnstitutun rektoru polkovnik Elnur Ələsgərli təhsil ocağının fəaliyyəti barədə geniş məlumat verib.

Səfər çərçivəsində iranlı qonaqlar, həmçinin MMU-nun Cəmşid Naxçıvanski adına Hərbi Liseyində də olublar.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin liseyin ərazisindəki abidələri ziyarət olunub. İran nümayəndə heyəti liseyin ərazisindəki muzeydə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev qonaqlara liseyin təhsil sistemi barədə məlumat verib.

Keçirilən görüşlərdə elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, ölkələrimiz arasında hərbi təhsilin daha da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa