Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İranlı iş adamı azərbaycanlılardan üzr istədi, “Jooiakar” elanı sildi - FOTO

Reklam: High Technic

İranın “Jooiakar.com” saytında Qarabağa göndəriləcək işçilərin işə götürülməsi ilə bağlı elan yerləşdirilib.

Elanın mətnində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və işğaldan azad edilmiş Qarabağ regionu Ermənistan ərazisi kimi göstərilib.

“Ermənistanın Qarabağ regionunda işləmək üçün ixtisaslı və qeyri-ixtisaslı ustalara ehtiyac var. İşçilərin saxlanması üçün bütün xərcləri şirkət öz üzərinə götürür”, – elanın mətnində deyilir.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi saytda elan yerləşdirən şəxslə əlaqə saxlayıb. Səfirliyin nümayəndəsi Seyid Əli Musəvi bildirib ki, elanı yerləşdirən şəxs Qarabağın Azərbaycana aid olduğunu bilməməsinə işarə edib və səhvinə görə Azərbaycan müsəlmanlarından üzr istəyib.

Saytın rəsmisi reklamı tezliklə “Jooiakar” saytından və bütün sosial şəbəkələrdən siləcəyinə də söz verib./Report/

www.yenicag.az

316
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100