İranlı məhbuslar təhvil verildi

media-hightechnic-468x90

48934Azərbaycanda cəza çəkən daha 28 iranlı məhbus dekabrın 2-də ölkələrinə təhvil verilib.

Məlumata görə, bunu “Amerikanın səsi”nin Bakı bürosuna İranın Azərbaycandakı baş konsulu Nasir Vətən bildirib.

Onun sözlərinə görə, onlar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər: “Yaxın zamanlarda daha 52 məhbusun İrana verilməsi gözlənilir.

Hazırda Azərbaycanın cəzaçəkmə müəssisələrində 130 İran vətəndaşı var. İranda isə 12 Azərbaycan vətəndaşı cəza çəkir ki, onların da Azərbaycana verilməsi üçün lazımi işlər görülür.

Bu mübadilə tərəflər arasında əldə edilmiş razılaşma əsasında həyata keçirilir. (anspress.com)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa