İraqın Nəcəf və Kərbəla ərazisində kəskin qum fırtınaları böyük fəlakətlərə səbəb olub.
Yenicag.az xəbər verir ki, təbii fəlakət nəticəsində 5 nəfər həyatını itirib, 80 nəfər isə yaralanıb.
Fırtına nəticəsində bir çox yaşayış və iaşə obyektləri, həmçinin avtomobillərə ciddi ziyan dəyib.