“İRƏLİ”-dən “Nəzər Nöqtəsi” adlı layihə

media-hightechnic-468x90

10807847_908164049223469_589210959_nNəzər Nöqtəsinin iştirakçıları gənclərin paytaxtında bir araya gəlirlər

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba şəhərində “Nəzər Nöqtəsi” adlı layihə baş tutacaq.

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2011-2015-ci illər) əsas vəzifəsindən biri – dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması, məhz bu problemin həllinə yönəldilmişdir. Qeyd olunanlar, bu günün dövləti və cəmiyyəti bu istiqamətdə daha geniş addım atmasını sövq edir.

“Nəzər Nöqtəsi”nin əsas məqsədi dünya arenasında Azərbaycan adını yüksəldə bilən gənclərin hazırlanması,beynəlxalq rəqabətə davamlı gənclərin yetişdirilməsi, dünya arenasına “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” fəlsəfəsini çatdırıb, izah edib, təbliğ etməkdir.
Ümumilikdə layihədə 30 gəncin iştirakı planlaşdırılır. Bu gənclər 5 gün ərzində təlimləndirilib ondan sonra aldığı bilikləri tətbiq etmək imkanları qazanacaqlar.

Layihənin keçirilməsi üçün nəzərdə tutulan coğrafi ərazi kimi Azərbaycan Respublikası Gənclər və Diman Nazirliyi tərəfindən Gənclər Paytaxtı seçilən Quba şəhəridir.

Təlimlər ümumi olaraq “Azərbaycanın siyasəti”, “Dövlət quruculuğu”, “Siyasi analiz və təhlil”, “Dağlı Qarabağ” münaqişəsi haqqında olunacağı planlaşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600