!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İrəli”də Xocalı ilə bağlı maarifləndirmə tədbiri keçirildi

!Reklam – Yazi

“İrəli” İB Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar paytaxt və bölgələrdə silsilə tədbirlər keçirib.

Yenicag.az xəbər verir ki, baş tutmuş tədbirlər çərçivəsində təşkilatın nümayəndə və üzvləri faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı haqqında gənclərdə məlumatlılığın artırılması, habelə hadisə qurbanlarının yad olunması məqsədilə Bakı şəhərində yerləşən ali təhsil müəssisələrində “Keçmişini öyrən, gələcəyini xilas et” adlı silsilə tədbir keçirilib.

Tədbirlər müddətində diqqətə çatdırılıb ki, Xocalı soyqırımı xalqımızın tarixinə unudulmaz faciə kimi daxil olub. Soyqırımdan 31 il ötməsinə baxmayaraq, təəssüf ki, hələ də beynəlxalq ictimaiyyət tərəfindən bu hadisəyə hüquqi-siyasi qiymət verilməyib. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası hazırda qlobal səviyyədə fəaliyyət göstərir və Azərbaycan həqiqətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından geniş şəkildə istifadə olunur.
Həmçinin paytaxt və regionlarda yerləşən gənclər və idman idarələri və sosial xidmət müəssisələri ilə tərəfdaşlıq çərçivəsində “İrəli” İctimai Birliyinin lentə aldığı “Böyüməyən uşaqlar” filminin nümayişi keçirilib. Filmdə Xocalıda hər iki valideynini itirmiş 25 uşaq və onların dəhşət dolu həyat hekayələri, habelə Xocalı faciəsinin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirmiş Mehdi Əliyevin təəssüratları fonunda bir daha həmin günün dəhşətləri yada salınır. Bildirilib ki, ümumilikdə 50-ə yaxın şəhər və rayonda keçirilən nümayişlərdə 2000-dən çox gənc iştirak edib.

Eyni zamanda, “İrəli” İctimai Birliyi gənclər, tələbə və könüllü təşkilatlarının Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara ünvanladığı müraciətə qoşulub. Müraciətdə beynəlxalq ictimaiyyətin diqqəti Xocalı soyqırımı ilə bağlı faktlara cəlb edilərək çoxsaylı müstəqil beynəlxalq mənbələrə əsasən, bu soyqırımı aktının 30 ilə yaxın davam etmiş Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilmiş ən dəhşətli və ağır hərbi cinayət olduğu qeyd edilib, Ermənistan tərəfinin öz məsuliyyətini tezliklə anlaması və bu hərbi cinayəti törədənləri məsuliyyətə cəlb etmək istiqamətində əməli tədbirlər görməsinin qaçılmaz olduğu vurğulanıb.

Habelə tədbirlərin davamı olaraq “İrəli” İctimai Birliyi tərəfindən gənclərə Xocalı həqiqətlərini aşılamaq məqsədilə teleqram-bot yaradılıb. Azərbaycan, rus və ingilis dillərində hazırlanan teleqram-botda faciə şahidlərinin həyat hekayələri, soyqırımın hüquqi-siyasi qiymətləndirilməsi və “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə bağlı məlumatlar yer alıb. Həmçinin botda gənclərin Xocalı faciəsinin dünya miqyasında tanıdılması istiqamətində keçirilən kampaniyaya necə qoşula biləcəyi haqqında da ətraflı məlumat verilir.

Qeyd edək ki, Xocalı soyqırımı haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması məqsədilə Birliyin üzvləri sosial şəbəkələrdə də fəal şəkildə təşkilatlanıblar. 500-dən çox gəncin iştirakı ilə keçirilmiş kampaniyada gənclər tvitter sosial şəbəkəsi üzərindən Xocalı həqiqətləri ilə bağlı xarici dillərdə məlumatlandırıcı və infoqrafik tvitlər paylaşılıb.

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv