Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

İrəvan Dram Teatrında nələr baş verir? - Direktordan ŞOK ittiham

İrəvan Dövlət Azərbaycan Dram Teatrında direktor İftixar Piriyevə etiraz əlaməti olaraq, kütləvi istefalarla bağlı xəbər yayılıb.

Məsələyə aydınlıq gətirmək məqsədi ilə teatrın direktoru İftixar Piriyevlə əlaqə saxladıq.

Direktor Yenicag.az-a açıqlamasında xəbəri təkzib etdi:

“Yalan söhbətdir, mənə iftira atırlar. Məqsəd də məni gözdən salmaq və nüfuzuma xələl gətirməkdir. Teatrdan üç nəfər gedib, hamısı ilə də halallaşıb, ayrılmışıq. Aktyor Əhliman Ərşadlı özü gəldi ki, bəs atam dünyasını dəyişib, dolanışığımız ağırdır, başqa işlə məşğul olmaq istəyirəm. Məryəm Qələndərova da səhhətində problemlər olduğu üçün işdən gedib. Ayşən Mirzəzadə isə yaydan maddi vəziyyəti ilə bağlı başqa işlə məşğul olacağını demişdi. Hamısı ilə xoş sözlərlə sağollaşmışıq, özlərinə də dedim ki, ürəyiniz nə vaxt istəsə, teatra qayıda bilərsiniz”.

İ.Piriyevin dediyinə görə, bu şayiələri yayan aktyor Əjdər Zeynalovdur:

“Danışmaq yaxşı çıxmır, amma deyəcəm; vaxtilə Əjdən Zeynalovu ölüm yatağından xilas etmişəm. İndi bu da onun mənə cavabı. 17 ildir bu teatra rəhbərlik edirəm, gördüyüm işlər də göz qabağındadır. Mən 6 nəfər heyətlə Gürcüstanda prezident Eduard Şevardnadzenin evində qonaq olmuşam. Hətta o belə teatrdakı fəaliyyətimə yüksək qiymət verirdi”.

Qeyd edək ki, sözügedən teatrda kütləvi istefa ilə bağlı xəbəri ölkə.az saytı yayıb.

Cəvahir

 

www.yenicag.az

1869
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM