Paşinyan məğlubiyyətinin heyfini PARTİYADAN ÇIXIR – “Görünən odur ki, Baş nazir...”

media-hightechnic-468x90

“Gümrüdə keçirilən növbədənkənar bələdiyyə seçkisində kommunistlərin namizədinin qalib gəlməsi onu göstərdi ki, Paşinyan narazılığında haqlıdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi Ermənistanın Baş naziri Nikol Paşinyanın Gümrü və Parakardakı Ağsaqqallar Şurasına keçirilən növbədənkənar seçkilərdən sonra partiyasında başlatdığı dəyişiklikləri şərh edib.

Onun sözlərinə görə, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının uzanması və Azərbaycanın şərtlərinin qəbul edildiyini bəyan edilməsi Paşinyanın mövqelərini erməni toplumunda zəiflədir:

“Paşinyan erməni toplumuna müharibənin bitdiyi ilə əlaqəli vəd etdiyi sakitlik və hüzur – hansı ki, ermənilərin çox hissəsi buna ümid edirlər – artıq fikirləri dəyişir. Bu baxımdan, Paşinyan onlara baş verənlərdə onun komandasının günahı olduğunu demək istəyir. Əslində, onun tezliklə sülh müqaviləsi imzalamaq cəhdi də bununla bağlıdır”.

Analitik əlavə edib ki, məsələ uzandıqca, erməni toplumunda kənar təsirlərlə revanşist düşüncə artır:

“Müharibədə başlarına gələnlərin acısı azalır və yenidən revanşist fikirlərə düşürlər. Paşinyanın ABŞ-Rusiya əməkdaşlığının Trampın hakimiyyətə gəlməsi ilə fərqli istiqamətə getdiyini gördükdən sonra Ermənistanın Qərbə inteqrasiya məsələsinə yenidən baxması da burada əhəmiyyətli rol oynayır. Görünən odur ki, Baş nazir ətrafındakı Qərbyönlü insanları qismən dəyişmək fikrinə düşüb. Bu, Rusiyayönlü insanların da qismən hakimiyyətə buraxılması və Rusiyada ona qarşı dayanan qüvvələrin aqressivliyini azaltmaq istəyir”.

Rafi Müslümov

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600