İrəvan meriyasında korrupsiya BURULĞANI – Avinyanın ətrafında “təmizləmə əməliyyatı” BAŞLADI

media-hightechnic-468x90

İrəvan meriyasında korrupsiyaya qarşı aparılan əməliyyatlar yaxın günlərdə də davam etdiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.

Qəzetin məlumatlı mənbələri bildirir ki, hüquq-mühafizə orqanları bu dəfə diqqəti meriyanın Memarlıq və Şəhərsalma İdarəsində formalaşmış korrupsiya mexanizmlərinə yönəldiblər. Məlumata görə, artıq konkret faktlar da toplanıb.

İrəvan meri, Baş nazir Nikol Paşinyanın adamı kimi təsnif edilən Tiqran Avinyanın ətrafından bir sıra şəxslərin bu prosesə cəlb olunacağı istisna edilmir. Meriya daxilində də hüquq-mühafizə orqanlarının atacağı növbəti addımlar səbirsizliklə gözlənilir.

Xatırladaq ki, hələ fevralın 5-də Ermənistanın Antikorrupsiya Komitəsi bir neçə yüksək vəzifəli şəxsi həbs etmişdi. Onlar arasında ictimai asayişin təminatı xidməti rəisi Aram Gülzadyan, torpaq nəzarəti idarə rəisi müavini Mikael Qimoyan, eləcə də sabiq vəzifəli şəxslər Robert Darbinyan və Aram Ayvazyan da var idi. Qimoyanın barəsindəki həbs qətimkan tədbiri sonradan ev dustaqlığı ilə əvəz olunsa da, digər şəxslər həbsdə saxlanılır.

Aprel ayında isə meriyanın Kommunal Təsərrüfat İdarəsinin rəhbəri Arsen Karoyan rüşvət ittihamı ilə saxlanılmış və iki ay müddətinə həbs edilmişdi. Son olaraq mayın 20-də Antikorrupsiya Komitəsi Yerevan meriyasında növbəti dəfə axtarış aparmış və iki əməkdaşı həbs etmişdi.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600