İrəvan “savaş baltaları”nı BASDIRIR? – “Tirana görüşü də bu dəyişikliklərin nəticəsidir”

media-hightechnic-468x90

“Ermənistan və Azərbaycan arasında münaqişə Azərbaycan və erməni xalqının iradəsinin nəticəsi olmadığı kimi, iki dövlət və xalq arasında sülh də yalnız Bakı və İrəvandan asılı deyil”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Xaqani Cəfərli deyib.

media-xaqani-ceferli2

Analitik son dövrlər Azərbaycan və Ermənistan arasında bağlanılması gözlənilənin yekun sülh sazişi ilə bağlı tərəflər arasında münasibətlərin yumşalması detallarına toxunub.

Onun sözlərinə görə, bu mənada, iki dövlət arasında münasibətlərin normalaşması daha çox bölgə uğrunda böyük dövlətlərin nüfuz müharibəsinin nəticəsindən asılıdır:

“Ukraynada məruz qaldığı hərbi-siyasi uğursuzluqdan sonra Rusiyanın Cənubi Qafqazda təsiri azalır. Bu isə bölgədə aydınlaşmaya və Azərbaycanla Ermənistan arasında münasibətlərin yumşalmasına təsir edir. Tirana görüşü də bu dəyişikliklərin nəticəsidir. Sözügedən tendensiyanın zamanla güclənəcəyi ehtimalı da yüksəkdir, çünki, bölgədə böyük dövlətlərin nüfuz müharibəsinin səngiməsi regionda əməkdaşlığın yolunu açaraq dayanaqlı sülhün təməlini yarada bilər. Əməkdaşlıq olmadan isə qalıcı sülh olmayacaq. Belə görünür ki, proses ləng şəkildə olsa da, əməkdaşlığın başlanmasına doğru gedir. Bu proses bütün bölgə üçün faydalıdır və dəstəklənməlidir”.

Rafi Müslümov

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600