İrəvanda etirazlar səngimir

media-hightechnic-468x90

44706Ermənistan Polisinin (Daxili İşlər Nazirliyi) binası qarşısında etiraz aksiyası keçirilib. Yenicag.az-ın apa-ya istinadən verdiyi məlumata görə, aksiyada müxalifət “üçlüyü” – “Çiçəklənən Ermənistan” Partiyası, “İrs” Partiyası, Erməni Milli Konqresinin deputatları və yüzlərlə vətəndaş iştirak edib.

media-banner_tuq

Aksiyaya səbəb “Çiçəklənən Ermənistan” Partiyası Siyasi Şurasının üzvü Artak Xaçatryanın fevralın 7-də maskalı 3 şəxs tərəfindən oğurlanması və döyülərək evinin ətrafına atılmasıdır. Aksiya zamanı “Çiçəklənən Ermənistan” Partiyasının parlament fraksiyasının katibi Naira Zohrabyan bildirib ki, əgər Ermənistan hüquq-mühafizə orqanları bir neçə gündə Artak Xaçatryanı döyən şəxsləri tapıb məsuliyyətə cəlb etməsə, onda “Çiçəklənən Ermənistan” bir çox vəzifəli şəxsin istefasını tələb edəcək: “Əgər cinayət qısa müddətdə açılmasa, bu, o deməkdir ki, ölkə rəhbərliyi vətəndaşlarının təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Biz təhlükəsiz deyil, mafiyası ilə Siciliyanı xatırladan qanqsterlərlə dolu Ermənistanda yaşayırıq”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05