İrəvanda polis etirazçılara qarşı vəhşilik etdi-Video+Fotolar
Xəbər verdiyimiz kimi artıq bir neçə gündür ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına görə etiraz aksiyaları davam edir.
Etirazçılar prezident Sarkisyanla görüşməyi tələb ediblər. Bu məqsədlə etiraz edən minlərlə insan prezident iqamətgahı yerləşən küçəni bağlayıb.
Bu gün səhərə yaxın polis güclü təzyiqli su ilə aksiya iştirakçılarını mərkəzdən qovub. Yüzlərlə insan saxlanılıb.
“Hazırda əldə etdiyimiz məlumatlara görə, aksiya iştirakçılarından 237 nəfər saxlanılıb”, -deyə Ermənistan DİN mətbuat katibi Aşot Aqaronyan bildiirb.
Onun sözlərinə görə, etirazçılardan yeddisi müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Ermənistanda elektrik enerjisi tariflərinin bahalaşması barədə dövlət komissiyası ötən həftə qərar verib. Yeni tarif avqustun 1-dən qüvvəyə minəcək.