İrəvanda vergilərin artırılmasına qarşı aksiya keçirilir

media-hightechnic-468x90

Ermənistanda vergilərin artırılmasına etiraz edən kiçik biznes nümayəndələri hökumət binası qarşısında aksiya keçirirlər.

Yenicag.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları vergi yükünün artırılmasına qarşı 2300-dən çox imza toplayıblar.

Kiçik və Orta Biznesin Əməkdaşlıq Assosiasiyasının rəhbəri Akop Avakyan bildirib ki, Nazirlər Kabineti biznes icması ilə dialoqa getmək istəmir, qərarlar sahibkarların rəyi nəzərə alınmadan qəbul edilir.

O hesab edir ki, hakimiyyətin öz qərarını yenidən nəzərdən keçirməkdən imtina etməsi yalnız əks təsirə səbəb olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600